Suriya böhranına görə Rusiyaya yeni sanksiya tətbiq etməyin mənası yoxdur. Baki-xeber.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Almaniya Federal Məclisinin Beynəlxalq Komitə konfransında çıxış edən Ştaynmayer vildirib ki, Moskvaya yeni sanksiyaların tətbiq olunması mənasız addımdır. O, bu addımın Rusiyanın addımlarına təsir etməyəcəyini deyir.
Almaniya Federal Məclisinin üzvlərindən biri Almaniya hökumətinin Rusiyaya yeni sanksiya tətbiq etməyi düşündüyünü deyib. Eyni zamanda Ağ Ev də Suriyaya görə Rusiyaya sanksiya tətbiq edə biləcəyini bəyan edib.