İstanbulda partlayış törədilib. Baki-xeber.com xəbər verri ki, partlayış İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında törədilib.
İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış içərisində bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində törədilib. Məlumata görə, partlayışı törətmiş kaskalı qara paltarlı terrorçu hadisədən dərhal sonra oradan uzaqlaşıb.
Partlayış nəticəsində 10 nəfər yaralanıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşələri sınıb.
Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.