Rusiya nüvə və enerji sektorlarında ABŞ-la tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üzrə müqaviləni dayandırılıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada, baş nazir Dmitri Medvedyevin Rusiya Dövlət Nüvə Enerjisi Təşkilatı (Rosatom) ilə ABŞ Enerji Nazirliyi arasında bağlanmış müqaviləni təxirə salan fərman imzaladığı bildirilir.
2013-cü ildə imzalanan razılaşmanın ABŞ-ın bu sahədəki işləri dayandırmasına görə, təxirə salındığı qeyd edilən açıqlamada daha sonra bildirilir: "Rusiyaya qarşı sanksiyalar çərçivəsində ABŞ-ın həyata keçirdiyi tədbirlər, müqavilədə nəzərdə tutulan əməkdaşlığa birbaşa təsir etdi. 2014-cü ilin aprelində “Rosatom” ABŞ Enerji Nazirliyinin Moskvadakı ABŞ səfirliyi nəzdindəki ofisindən Ukraynadakı hadisələrə görə, nüvə enerji sahəsindəki əməkdaşlığın dayandırıldığını bildirən məktub adıb. ABŞ-ın bu addımı razılaşmanın şərtlərini konkret şəkildə pozur".
Moskvanın qərarına münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest isə bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.