Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən daha 540 hərbçi vəzifələrindən kənarlaşdırılıb.
Baki-xeber.com xəbər verri ki, bu barədə Türkiyə milli müdafiə naziri Fikri İşıq açıqlama verib.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrindən 427, Hərbi Dəniz Qvvələrindən isə 113 nəfər müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Onlardan 368 nəfəri zabitdir.