ABŞ Rusiyanın Dəməşqdəki səfirliyinin bombalanması ilə bağlı BMT TŞ-yə ünvanladığı bəyanatın qurumda səsləndirilməsinə qarşı çıxıb.
Baki-xeber.com-un xəbərinə görə, RİA”Novosti” bu barədə xəbəri Rusiyanın qurumdakı daimi nümayəndəliyindən alıb.
Nümayəndəliyin açıqlamasında bildirilir ki, ABŞ nümayəndə heyəti, faktiki olaraq, bu cür hallarda tətbiq olunan “standart mətnə kənar elementlər əlavə etməyə çalışıb”. Xəbərə görə, hətta ingilislər və ukraynalılar da ABŞ nümayəndə heyətinə “yöndəmsiz şəkildə dəstək verməyə cəhd edib”.
Xatırladaq ki, oktyabrın 3-də Rusiyanın Dəməşqdəki səfirliyi minaatan atəşinə məruz alıb. Minalardan biri səfirliyin yaşayış kompleksinin qarşısında partlayıb, digər ikisi isə dipmissiyanın ərazisi yaxınlığına düşüb. Lakin xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Rusiya XİN baş verənləri beynəlxalq cinayət adlandırıb və dərhal məsələnin araşdırılmasına çağırıb.