Tiflisdə “Vahid Milli Birlik” partiyasının liderlərindən olan Givi Tarqamadzenin avtomoili partladılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə məlumatı “Rustavi-2” telekanalının efirində deputat Nuqzar Tsiklauri səsləndirib. Onun bildirdiyinə görə, nəticədə sürücü və yoldan keçən 2 nəfər ciddi xəsarət alıb və hər üçünün vəziyyəti ağır qiymətləndirilir.
Partiya liderinin özü isə hadisə zamanı avtomobildə olmayıb.
Xatırladaq ki, sözügedən partiya Gürcüstanın eks prezidenti Mixeil Saakaşviliyə aiddir və sözügedən insident də ona xəbərdarlıq mesajı kimi qiymətləndirilir.