Rusiya prezidenti Vladimir Putin həftə sonu Türkiyəyə səfər edəcək.
Baki-xeber.com-un “Yeni şafak” qəzetinə istinadən xəbərinə görə, Bu barədə Rusiya prezidentinin sözçüsü jurnalistlərə açıqlamasında bildirib.
Uşakov deyib ki, Putin oktyabrın 10-da İstanbulda keçiriləcək Dünya Enerji Kongresinə qatılacaq və tədbirdə çıxış edəcək.
Qəzet xatırladır ki, 15 iyul olaylarının ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini Moskvaya etmişdi. Bununla da ötən ilin noyabrında baş verən məlum təyyarə olayı ilə iki ölkə arasında yaşanan 8 aylıq soyuq münasibətə son qoyulmuşdu.