Rusiya Suriyaya “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirib. Bakixeber.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib.
Onun sözlərinə görə, “S-300” Tartusdakı hərbi-dəniz bazası və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə buraya yerləşdirildiyini deyib.
Qərb mətbuatında bununla bağlı narahatlığa gəlincə, Konaşenkov S-300 sistemlərinin Suriyada yerləşdirilməsinin Qərbin bundan narahat olmasını başa düşmədiklərini deyib: "S-300 yalnız müdafiə məqsədli bir sistemdir və heç kimə heç bir təhlükə yaratmır. S-300-ün dənizdə istifadə versiyası “Fort” sistemi də, bölgədə olan “Moskva” idarəolunan raket kreyzeri üzərində hazır vəziyyətdədir".