İran hərbçiləri ölkənin qərbində silahlı qruplaşma ilə toqquşmada 12 terrorçunu zərərsizləşdirib.
“Trend”-in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur deyib. Onun sözlərinə görə, toqquşma İraqla sərhəddə yerləşən Kermanşah əyalətində baş verib. Toqquşmada 3 iranlı hərbçi xəsarət alıb.