ABŞ Dövlət Departamenti ölkəsinin Rusiya ilə Suriya münaqişəsinin çözümü üzrə əməkdaşlığı dayandırması barədə bəyanat yayıb.
Baki-xeber.com-un xəbərinə görə, bəyanatda deyilir ki, bu qərarı qəbul etmək asan olmayıb. Lakin Dövlət Departamenti hesab edir ki, Rusiya “ötən ay imzalanmış, atəşkəsin bərpası və dağıdılan şəhərlərə humanitar yardımın çatdırılmasını nəzərdə tutan razılaşmanın şərtlərinə əməl etmir”. O üzdən də ABŞ həmin məqsədlərin birgə həyata keçirilməsi üçün regiona göndərilən personalını geri çağırmağı qərara alıb.
Departamentin bəyanatında o da bildirilir ki, bütün bunlar iki ölkənin Suriyada apardığı antiterror əməliyyatları üzrə əlaqələrinə təsir göstərməyəcək.