Ermənistanda Vergi Müfəttişliyinin əməkdaşı İran vətəndaşı Qasem Q.-ni oğurlayıb.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, bu barədə ölkənin Xüsusi xidmət orqanının mətbuat katibliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, sentyabrın 19-da Abovyan şəhər sakini Benika M. Polis idarəsinə müraciət edərək Mayakovski kəndi yaxınlığındakı fermadan tanışının qaçırıldığını bildirib.
Hadisənin araşdırılması isə maraqlı mənzərə ortaya çıxarıb. Belə ki, İran vətəndaşı istintaqa verdiyi ifadədə Dövlət Gəlirləri üzrə Komitənin vergi müfəttişi T.Q və əlbir olduğu adamlar tərəfindən zorla “Toyota Kemri” markalı maşına oturdularaq naməlum istiqamətə aparıldığını, yol boyu təhdid olunduğunu bildirıb. Lakin, onun sözlərinə görə, bu zaman müfəttişin telefonuna polisdən zəng gəlib və o, dərhal sərbəst buraxılıb.
İran vətəndaşının bu ölkədə nə işlə məşğul olduğu və niyə təhdid olunduğu barədə məlumat yoxdur.
Faktla bağlı cinayət işi açılıb.