“Washington Post” qəzetinin iranlı jurnalisti Ceyson Rezayan ABŞ məhkəməsində İran hökumətinə qarşı iddia qaldırıb.
Baki-xeber.com bu barədə RİA”Novosti”yə istinadən xəbər verir. Xəbərə görə, həm ABŞ, həm də İran vətəndaşlığı olan Rezayan 2014-cü ilin iyulunda həbs olunub və bu ilin əvvəlində azadlığa çıxıb. Jurnalistin həbsinə səbəb Iran hökumətinin onu casusluqda şübhəli bilməsi olub.
Kolumbiya məhkəməsində iddia qaldıran zərərçəkən bildirir ki, 18 aylıq məhbus həyatında ona qarşı psixoloji işgəncələr tətbiq olunub. Onun sözlərinə görə, məqsəd onu qorxu altında saxlamaqla nüvə danışıqlarına təsir rıçaqları əldə etmək, sonra isə jurnalisti “İran üçün qiymətli olan nəyəsə dəyişmək” olub.
Rezayan, anası və qardaşı buna görə hökumətdən sanballı məbləğdə təzminat almaq niyyətindədir.