ABŞ Rusiya ilə ikitərəfli Suriya danışıqlarının dayandırıldığını bəyan edib. Baki-xeber.com xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Dövlət Departamentinin mətbuat katibi Con Kirbi buna səbəb kimi rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini göstərib.
ABŞ-ın ilə Rusiya ilə atəşkəs razılaşmasının davam etdirilməsi üçün yaradılan ikitərəfli kanallarda iştirakını təxirə salır deyən Kirbi bildirib ki, Vaşinqton ortaq icra mərkəzinin qurulması işlərində iştirak edən personalı da geri çəkməyə hazırlaşır.
Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriya üzərində hava əməliyyatları mövzusunda əlaqə kanalları açıq qalacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov və amerikalı həmkarı Con Kerrinin 9 sentyabrda elan etdikləri atəşkəsin pozulmasına görə, Rusiya və Suriyanı günahlandıran Kirbi "təəssüf ki, Rusiya verdiyi sözləri yerinə gətirə bilmədi və Suriya rəhbərliyinin Moskvanın qəbul etdiyi razılaşmalara uyğunlaşmasını təmin etməkdə istəksiz ya da müvəffəqiyyətsiz oldular" - deyə bildirib.
Ağ Ev sözçüsü Coş Earnest isə Suriyada zorakılığın dayandırılması üçün anlaşma əldə etmək mövzusunda ABŞ və Rusiyanın danışa biləcəyi başqa bir şey qalmadığını deyib. Earnest ABŞ prezidenti Barak Obama administrasiyasının Suriyada zorakılığın qarşısını almaq üçün təcili müdaxilə planı üzərində işləri davam etdirdiyini də qeyd edib.
Bununla bağlı Rusiya XİN-in yaydığı bəyanatda isə rəsmi Vaşinqtonun Suriya ilə atəşkəs haqqında əməkdaşlığın dayandırılması qərarından təəssüflədiklərini bildirirlər. Bəyanatda bildirilir ki, ABŞ Suriya üzrə əsas razılaşmaları yerinə yetirə bilmədiyindən məsuliyyəti digər tərəflərin üzərinə qoymağa çalışır.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri danışıqları kəsəcəklərilə bağlı Moskvaya xəbərdarlıq etmişdi.
Qeyd edək ki, iki ölkə Suriya daxilində 12 sentyabrda atəşkəsin başlaması mövzusunda razılığa gəlmişdi. Razılaşmaya görə, atəşkəs 7 gün ərzində müvəffəqiyyətli olsaydı ABŞ və Rusiya ortaq hərəkat mərkəzi quraraq İŞİD və Əl-Nusra Cəbhəsinə qarşı birgə mübarizəyə başlayacaqdı.
Ancaq atəşkəsin kritik 7 günü tamam olmamış Əsəd rejimi Hələbi bombalamağa başladı və bununla da atəşkəs uğursuzluqla sona çatdı.