Ermənistan prezidenti Serj Sarkisyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Edvard Nalbandyan vəzifəsində qalıb.
S.Sarkisyan, həmçinin Viqen Sarkisyanın Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Digər fərmanla V.Sarkisyan müdafiə naziri təyin edilib.
Movses Akopyan isə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin olunub.
Baki-xeber.com xəbər verir ki, erməni mətbuatı Nalbandyanın vəzifəsində qalmasını Rusiya faktoru ilə bağlayır. Bildirilir ki, onun arxasında birbaşa Rusiya dayanır. Məhz bu amilə görə, Sarkisyan ona dəyməyib, daha doğrusu onu dəyişməyə gücü çatmayıb.