Dağıstanın Tabasaran rayonunda antiterror əməliyyatı rejimi tətbəq olunub.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, sözügedən rayonda antiterror əməliyyatı bu səhər yerli vaxtla saat 4.30-da başlayıb.
Xəbərə görə, rayonda terrorçu dəstənin üzvləri və dəstək verənləri aranır.
Qeyd edək ki, Dağıstanın Tabasaran rayonunda 50 minə yaxın sakin yaşayır.