Yaxınları İŞİD tərəfindən xüsusi amansızlıqla öldürülən ərəb qadını Um Hanadi Hələbin terrorçuların əlinə keçməsinə qədər sadə evdar qadın olub.
Baki-xeber.com-un məlumatına görə, onun barəsində CNN xəbər dərc edib. Xəbərdə deyilir ki, qadının 39 yaşlı əri terrorçuların qurbanı olduqdan bir müddət sonra o ikinci dəfə ərə gedir, lakin bu dəfə də onun ailə həyatı uzun sürmür və əri İŞİD yaraqlıları tərəfindən öldürülür. Eyni zamanda atası və iki qardaşının da terrorçular tərəfindən qətlə yetirilməsi sadə evdar qadını onların cəlladına çevirir və o, evini geridə qoyaraq onlarla döyüşə atılır. Tezliklə ətrafına 70 nəfərə yaxın könüllü toplayan və özünün dəstəsini yaradan Um Hanadi ələ keçirdikləri İŞİD-çilərə qarşı amansızlıqları ilə hətta terrorçuların lideri Əl-Bağdadinin də diqqətini çəkir. Beləliklə onun adı terrorçuların axtarışında olanların siyahısında ön yerlərdə qərar tutur. Hazırda onun dəstəsi Mosulun cənubundakı Şerqat şəhərində mövqe tutur. Süjetdə deyilir ki, Um Hanadi ələ keçirdikləri İŞİD-çiləri elə onların öz üsulları ilə qətlə yetirir. Lakin qadın özü deyib ki, aldığı kəllələri bir də qaynar suya atır. Jurnalistlər əvvəlcə buna inanmasalar da, sonradan qadının facebook səhifəsində bu tükürpədən fotoların yerləşdirildiyinin şahidi olublar.
Şəxsən Bağdadidən təhdidlər aldığını deyən Um Hanadi bildirir ki, son nəfərinə qədər bu qruplaşma ilə mübarizə aparmaqda qəraralıdır və başına bir iş gələrsə, yolunu iki qız övladı davam etdirəcək...