Şənbə günü Moskvada Sinaqoqun binasına hücum olub.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, əlində tapança və benzin kanistrı olan naməlum şəxs Sinaqoqun binasına soxulmağa cəhd edib və binanı yandırmaqla hədələyib. Nəticədə mühafizəçi ciddi xəsarət alıb. Paytaxt polisi cinayətkarı saxlaya bilib. Onun Moskvaətrafı rayonlardan biriin sakini olduğu bildirilir, lakin Sinaqoqu yandırmaq niyyətinin səbəbləri barədə açıqlama verilmir.
Öz növbəsində, Yəhudi Konqresi “igidliyinə və peşəkarlığına görə” Sinaqoqun mühafizə xidmətinə təşəkkür edib və əlaqədar orqanları məsələnin ətraflı araşdırılaraq günahkarın cəzalandırılmasına çağırıb. Eyni zamanda qərara alınıb ki, həmrəylik məqsədilə yəhudilərin bu günlərdə qeyd etdiyi Roş-Ha-Şana (yeni il) bayramı həmin Sinaqoq binasında keçirilsin.