Alman polisi məşhur Hollivud aktyoru Arnold Şvartsneggeri Münhen vağzalında velosiped sürdüyü üçün saxlayıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, hadisə sentyabrın 30-da baş verib. Xəbərə görə, vağzal ərazisində velosipedi sürətlə idarə edən iki nəfər polisin diqqətini cəlb edib və o, həmin şəxslərdən birini durdurmağa çalışıb. Velosipedçi isə cangüdən olduğunu deyib, o üzdən irəlidəki qoruduğu şəxsi yalqız qoya bilməyəcəyini əsas gətirərək yoluna davam edib. Lakin çox keçmədən polis onun Arnold Şvartsneggerlə geri döndüyünü görüb. Məşhur aktyor qanunu pozduğunu etiraf edib və cərimə əvəzi olaraq polislə şəkil çəkdirməyə razılıq verib.
Şahidlər onun vağzal ərazisini piyada tərk etdiyini bildirib.