ABŞ Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən endirmək üçün cihadçı qrupları müdafiə edir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BBC-ə bildirib.
Sergey Lavrov bildirib ki, ABŞ cihadçı ekstremist qruplarla mütədil üsyançıları ayırmaqla bağlı sözünə əməl etməyib: "Onlar hələ də bunu etməyi bacarmır və ya istəmirlər".
O bildirib ki, Rusiya ABŞ-ın cihadçı Nusra Cəbhəsini müdafiə etdiyinə inanır. O, Rusiya və Suriya hökumət qüvvələrinin mühasirədə olan Hələb şəhərini bombalamasına haqq qazandırıb.
BMT-nin bildirdiyinə görə, keçən həftə şəhərdə, uşaqlar da daxil olmaqla, 400 dinc sakin qətlə yetirilib. Lavrov iddia edib ki, Rusiya prezident Bəşər Əsəd qüvvələrinə "terrorçularla mübarizədə" kömək edib.
Lavrov Qərbi Hələbdə dinc əhalinin ölümünə biganə münasibətdə günahlandırıb. Hələbdə Rusiyanın həyata keçirdiyi hava zərbələri zamanı mülki şəxlərin ölümü ilə bağlı isə Rusiya xarici işlər naziri bunları deyib: "Əgər bu baş verirsə, buna çox təəssüf edirik".
Lakin o qeyd edib ki, bununla bağlı heç bir "mənalı sübut" yoxdur və araşdırmaya ehtiyac var: "Biz BMT-nin qadağan etdiyi heç bir hərbi sursatdan istifadə etmirik".