FETÖ İngiltərənin dəstəyilə Türkiyədə ikinci dəfə çevriliş cəhdi hazırlayır. Baki-xeber.com xəbər verri ki, bu iddia ilə Türkiyədə təqaüdçü polkovnik Həsən Atilla Uğur çıxış edib.
Polkovnik iddia edir ki, çevriliş ölkənin şərq və cənub-şərq bölgələrindən başlayacaq. O, bildirir ki, İngiltərə bu məqsədlə Türkiyənin bu bölgələrində tayfalara pul paylayır.
İngiltərənin aşirətlərə pul payladığı iddiasını şərh edən ekspert Mete Yarar bölgədəki tayfaların Türkiyəyə xəyanət edəcəyinə inanmadığını deyib: "Bölgə xalqı heç bir barrikada arxasında dayanmadı, PKK-ya dəstək vermədi, bölünməyə dəstək vermədi. Evlərindən çıxdılar ki, təhlükəsizlik qüvvələri PKK-ya qarşı daha rahat əməliyyat keçirə bilsinlər. Bu məqsədlə, 500 min adam könüllü olaraq evini tərk etdi. Mən Türkiyədə kim nə pul verirsə versin heç bir tayfanın belə bir xəyanət edəcəyinə inanmıram....
Bunu təşkil edəcək bir təşkilat Cənub-Şərqi Anadolu bölgəsində yox, əgər belə planları olsaydı barrikadalar dövründə edilərdilər".
FETÖ-nün ikinci dəfə çevriliş cəhdi edəcəyi, bunu da cənub-şərq bölgəsində başladacağı iddialarına bölgənin tanınmış tayfaları da reaksiya verib. Tayfa liderləri “bu oyuna alət olmarıq küçəyə ancaq FETÖ-yə qarşı mübarizə aparmaq üçün çıxarıq" deyirlər: 'Bu xalqın ingilis puluna ehtiyacı yoxdur. Bu xalqı pulla satın alına bilməzlər”.
Tayfa başmılarından biri Səlahəddin Yalçın bölgədəki bütün xalqın 15 iyulda həm dünyaya mesaj verdiyini deyib: “ O gecə gənclərimizə təlimat verdik, polis bölməsini mühasirəyə alın, çıxanı vurun dedik”.