Ermənistanlı tarixçi, diplomat Ara Papyan Ermənistanın Birinci İnformasiya Kanalına müsahibəsində yeni hökumətdə nazirlərin dəyişməsi, ancaq xarici işlər naziri və müdafiə nazirlərinin kim olacağı məsələsinin açıq qalması məsələsinə toxunub.
O deyib ki, xarici işlər naziri Edvard Nalbandyanın arxasında Rusiya dayanır. Ona görə o, vəzifəsində qalacaq.
Papian hesab edir ki, müdafiə naziri vəzifəsinə isə qadın təyin olunmalıdır.