Fransa xarici işlər naziri Jean-Marc Ayrault 2013-cü ildə Suriya rejimini vurmaqla bağlı razılığa gəldiklərini, ancaq ABŞ prezident Barak Obamanın bundan imtina etdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, xarici işlər naziri Obamanın bilinməyən səbəblərə görə imtina qararı verməsindən dərhal sonra, İngiltərənin də geri addım atdığını deyib.
Ayrault 2012-2014-cü illərdə Fransa baş naziri olarkən belə bir qərar verildiyini qeyd edib. O, bu qərarın Suriyanın Quta bölgəsində Əsədin kimyəvi silahdan istifadə etməsindən sonra qəbul edildiyini deyib. Ancaq ABŞ prezident Barak Obama bilinməyən səbəblərə görə, son anda bundan imtina edib.