Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə söhbətində ABŞ-ın yeni sanksiyalarından narahatlığını dilə gətirib.
Baki-xeber.com-un kommersant-a istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib. Qeyd olunur ki, rusiyalı nazir Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyalardan məyusluğunu ifadə edib. Bildirib ki, normal əməkdaşlıq, regional münaqişlərin çözümü kimi qlobal məsələlərin həlli Obama administrasiyası ilə işçi təmasları zəruri edir ki, bu da elementar ədəb qaydalarına riayət olunmasını tələb edir.
Xatırladaq ki, ABŞ hökuməti Krım və Ukrayna məsələsilə bağlı antirusiya sanksiyalarını genişləndirdiyini bəyan edib. Hazırda sanksiya siyahısında 86 adda 81 şirkət yer alır. Onlardan 7-si Amerikanın “Ukraynanın Krım regionu” adlandırdığı Krımda, hərəsində 2-si olmaqla Honkonq və Hindistanda, yerdə qalan 75-i Rusiya ərazisindədir.