Türkiyə Rakka şəhərinin terrorçulardan təmizlənməsində ABŞ-la əməkdaşlığa hazırdır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyənin “Hurriyet” qəzeti yazır. Qəzetin xəbərinə görə, Türkiyə hər iki ölkənin yüksək çinli hərbçilərinə əməliyyatın detallarını müzakirə etməyi təklif edib. Türkiyənin regionda mövcudluğunu göstərməli olduğunu deyən Ərdoğan bildirib ki, bu istiqamətdə “nə lazımdırsa ediləcək”.
“Rakka İŞİD üçün önəmli mərkəzdir. Obama burada bizimlə birgə nələrsə etmək niyyətindədir, biz isə bildirdik ki, bu problem deyil”- deyə Türkiyə prezidenti deyilənləri şərh edib.
Qeyd edək ki, daha öncə Ərdoğanın G20-lərin Sammiti çərçivəsində Obama ilə Suriya məsələsini iki dəfə müzakirə etdiyi xəbər verilib.