Ermənistanda yuxarı eşelonda ciddi istefaların olacağı ilə bağlı xəbərlər dolaşır.
Baki-xeber.com-un “EAdaily”yə istinadən xəbərinə görə, bu yöndə ilk “qaranquş”un isə baş nazir Ovik Abramyanın istefası olacağı təxmin edilir. Bu fonda artıq prezident aparatında onun yerini tutacaq namızədin adının çəkildiyi də bildirilir. Qeyd olunur ki, bu, İrəvanın eks meri Karen Karapetyandır. Xəbərdə o da bildirilir ki, son günlər Ermənistana qayıdan eks mer artıq prezident Serj Sarkisyanla da görüşüb.
Maraqlıdır ki, Ovik Abramyanın istefası ilə bağlı şayiələr xeyli müddətdir ortalıqda dolaşır. Hətta o da deyilirdi ki, baş nazir ilin sonunda kreslosunu könüllü təhvil verərək 2017-ci il parlament seçkiləri öncəsi hakim Respublika partiyasının seçki qərargahına rəhbərlik edəcək. Lakin belə görünür, onun könüllü deyil, məhz vəzifədən götürülməsi barədə qərar verilib. Bu qərarın isə çox yaxın günlərdə açıqlanacağı bildirilir.
Karen Karapetyana gəldikdə isə, onun ilk dəfə deyil “vəzifəyə gətirildiyi” bildirilir. Qeyd olunur ki, hələ 2013-cü il prezident seçkisində onun adı namizəd kimi çəkilib, lakin Karapetyan özü bunu istisna edib. Bildirib ki, onun NK rəhbərliyinə təyinatı mümkünsüzdür.
Xatırladaq ki, Karen Karapetyan 2010-2011-ci illərdə İrəvan meri olub. 2011-ci ilin dekabrında istefasından sonra “Qazprombank”ın vitse-prezidenti təyin edilib.