ABŞ dövlət katibi Con Kerri Çindəki G20 zirvəsindən əvvəl Misir prezidenti Abdülfettah Əl Sisi ilə Hindistanın paytaxtı Yeni Dehlidə bir araya gəlmişdi. Görüşdən əvvəl isə Kerri gözləmədiyi bir vəziyyətlə qarşılaşıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Sisi-Kerri görüşündən əvvəl yaşanan kiçik bir insident barədə görüntülər görüşdən bir neçə gün sonra mediaya sızıb və ciddi müzakirələrə yol açıb.
Görüntülərdə Sisinin mühafizəçisi Kerrinin qarşısını kəsir. Misirli mühafizəçi görüşün keçiriləcəyi salona keçən Kerrini dayandıraraq "Kameralı telefon varınızdı? Kamera olmaz" deyir. Kerry isə "Nə? .. Xeyr" cavabını verir, ardından da narahat olmuş bir şəkildə salona doğru irəliləyir.
Görüntülər yayılandan sonra Misirdən bununla bağlı verilən açıqlamada, nə qədər gülməli də olsa mühafizəçinin Kerrini tanımadığı iddia edilir.