Meksikanın "El Çapo” ləqəbli məşhur narkobaronu, Joakim Quzmanın oğlu oğurlanıb. Baki-xeber.com BBc-yə istinadən xəbər verir ki, rəsmilər narkobaronun oğlunun bazar ertəsi Sakit okean sahilində yerləşən şəhərdə oğurlanan cinayətkarlar arasında olduğunu deyib.
Onlar deyir ki, Sinaloa Kartel qrupunun 6 üzvündən biri olan 29 yaşlı Jesus Alfredo Quzman rəqib banda, "Jalisco New Generation” tərəfindən oğurlanıb.
Dəstənin 6 şübhəli üzvü bazar ertəsi, səhər saatlarında Puerto Vallartada yerləşən restorandan oğurlanıb.
Ştatın baş prokuroru Eduardo Almaquer jurnalistlərə açıqlamasında deyib ki, hadisə yerindən toplanan məhkəmə ekspertiza nümunələri sübut edir ki, Jesus Alfredo oğurlanıb. O əlavə edib ki, oğurlanan daha 4 nəfərin kimliyi müəyyən olunub.
Digər bir məlumata görə, hadisə qurbanları arasında Quzmanın digər oğlu, İvan da ola bilər. Yerli rəsmilərin yaydığı məlumata görə, hadisə qurbanları dəbdəbəli restoranda şənlik keçirmək üçün qonşu ştatlardan təşrif buyurubmuşlar.
Meksikada olan BBC müxbiri deyib ki, insan oğurluğu Meksikada əsas olan iki klan arasında müharibənin başlamasına səbəb ola bilər.
Sakit okeanın Meksika sahili boyunca narkotik maddələrin dövriyyəsinə nəzarət etmək üçün "Jalisco New Generation” və "Sinaloa Kartel arasında mübarizə gedir. Meksikalı qruplar əsasən kokain olmaqla hər il tonlarla qanunsuz narkotik maddəni ABŞ-a yollayır.
Bu ilin yanvarında həbs olunan narkobaron Quzman, Sinaloa Kartel qrupunu uzun illər idarə edib. Ehtimal olunur ki, onun oğlu da qrupun əsas üzvlərindən olub.
29 yaşlı Jesus Alfredo ABŞ-da narkotik maddə qaçaqmalçılığı ittihamı ilə axtarışdadır. ABŞ onun atasının da bu ölkəyə ekstadisiya olunmasını istəyir.
Meksikanın "birinci narkobaronu" sayılan Joakim Quzman ötən il, uzunluğu 1 kilometrdən çox olan yeraltı tunel vasitəsilə saxlandığı həbsxanadan qaçmışdı.