Türkiyə polisi Fətullah Gülənlə əlaqədə və ona maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən bir neçə iri sahibkar saxlanılıb.
APA-nın "Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları "Akfa” holdinqi və "A101” supermarketlər şəbəkəsi ilə əlaqəli onlarla ofisdə axtarış aparıb. Məlumata görə, saxlanılanlar arasında "Akfa” holdinqinin Direktorlar Şurasının sədri Fatih Aktaş və onun həyat yoldaşı Yelız var. "A101” supermarketlər şəbəkəsinin sahibi Turqut Aydın da saxlanılıb.