Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi siyasətlə əlaqəli deyil. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
"Gülənin ekstradisiyası məsələsinin hər-hansı siyasi proseslərlə heç-bir əlaqəsi yoxdur. Bu məsələyə bizim Türkiyə ilə bağladığımız ekstradisiya haqqında saziş çərçivəsində baxılır”, - deyə o qeyd edib. Onun sözlərinə görə, ABŞ təqdim olunan sənədləri nəzərdən keçirir və bu proses müəyyən müddət tələb edib.