ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp "İslam Dövləti” qrupu ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etmək fikrində olduğunu bildirib. O, bunu Ohayo ştatında xarici siyasət proqramı ilə bağlı çıxışında deyib.
Tramp deyib ki, biz özümüzə dostlar təyin edə bilmərik, amma düşmənlərimizi ayırd edəndə yanılmamalıyıq.
Respublikaçı namizəd həmçinin radikal islamçı qruplarla mübarizədə NATO ilə yaxından əməkdaşlıq edəcəyini bildirib. O deyib ki, prezident seçilsə, ilk növbədə "radikal islamçılıq”la bağlı xüsusi komissiya yaradacaq.