Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Ukrayna prezidenti Pyotr Poroşenkonun kompromisə hazır olduğunu bildirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev Ukrayna prezidentinin ona zəng etdiyini və Donbasa xüsusi statusun verilməsi ilə bağlı qanunun qəbuluna Ukrayna parlamentində çoxluğa sahib olmamasının mane olduğunu bildirib.