Türkiyənin Suriyadakı problemin həlli ilə bağlı 3 maddəlik planı var. "Report” bildirir ki, ölkənin baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında Suriya probleminin həllinə çox yaxın olduqlarını bildirib.
"Biz bölgədə marağı olan qüvvələrlə birlikdə problemi həll edəcəyik", - deyən baş nazir məsələnin həlli ilə bağlı Türkiyənin irəli sürdüyü prinsipləri də açıqlayıb:
"1.Suriyanın ərazi bütövlüyü qorunacaq. Başqa sözlə, bu ölkədə PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") təsiri altında olacaq bir dövlətin qurulması müzakirə edilməyəcək;
2.Yeni mərhələdə məzhəbə, etnik və regional məsələlərdən birinin üstünlüyünə əsaslanan bir dövlət quruluşu olmayacaq. Məzhəb əsasında bir dövlət qurulmayacaqsa, deməli, Bəşər Əsəd də siyasi səhnədə uzun müddət qalmayacaq;