Türkiyədə partlayış törədilib. APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 14:15 radələrində PKK terrorçuları Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində içərisində bomba olan avtomobillə partlayış törədiblər.
Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı var. Ölən mülki şəxsin uşaq, yaralılardan 8-nin polis olduğu bildirilir. APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir.
Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı iki yanacaqdoldurma məntəqəsində böyük dağıntı olub.
Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən 25 yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.