Avropa İttifaqının polis təşkilatı "Europol” qaçqınlar arasında "potensial cihadçıları" aşkarlamaq üçün Yunanıstana terrorizmlə mübarizə üzrə ekspertlər qrupunu göndərəcək. Trend xəbər verir ki, bu barədə "EUobserver" internet-qəzeti yazır.
Avqustun 20-də 30 ekspertdən ibarət heyət Afinaya gələcək və qaçqınlar düşərgələrində potensial terroristlərin aşkarlanması istiqamətində iş aparacaqlar.