Türkiyənin Banqladeşdəki səfirliyinin 3 əməkdaşı Rusiya və ABŞ-a qaçıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Banqladeşin "Daily Star” qəzeti məlumat yayıb.
Məlumata görə, Banqladeşin paytaxtı Dakkadakı Türkiyə səfirliyinin diplomatları 15 iyul çevriliş cəhdindən sonra qaçıb.
Qeyd edilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Banqladeşdəki sözügedən üç diplomatı təcili olaraq Ankaraya çağırıb. Ancaq diplomatlardan ikisinin ABŞ-a, birinin isə Rusiyaya qaçığı iddia edilir. Məlumata görə, Rusiyaya qaçan diplomatın ailəsini də özü ilə aparıb.