ABŞ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün Türkiyəyə 4 nəfərdən ibarət heyət göndərir. Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, nümayəndə heyəti avqustun 22-də gələcək.
Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir. Onlar avqustun 22-23-də Türkiyədə görüşlər keçirəcək.
Bu barədə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb (APA).