ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp ölkə prezidenti Barak Obamanı İŞİD terror təşkilatını yaratmaqda ittiham edib. Baki-xeber.com xəbər verir ki, Tramp bu ittihamı Florida ştatında çıxışı zamanı səsləndirib.
"Bildiyiniz kimi, İŞİD, bir çox istiqamətdən prezident Obamanı şərəfləndirir" deyərək, Obamanın IŞİD-in qurucusu olduğu iddiasını ortaya atıb.
Tramp, İŞİD-i Obamanın qurduğunu, Hillari Klintonun da ona dəstək verdiyini deyib.
Çıxışında Obamanın "Barak Hüseyn Obama” adına xüsusi diqqət çıkən Tramp, onun barəsində aralarındakı gərginliyi daha da artıracaq ifadələr işlədib. Obama rəhbərliyi dövründə terror təhdidinin artdığını deyən prezidentliyə namizəd, demokrat namizəd Klintonu terror qruplarını "qurmaq və yönəltmək”də günahlandırıb.
Obamanın dini inancına da toxunan Trump, onun xristian olmadığını iddia edib.