Ermənistan polisləri ABŞ-ın Yerevandakı səfirliyinin qara siyahısına düşüblər. Milli.Az report-a istinadən bildirir ki, onlar iyulun 17-də Yerevanda keçirilən etiraz aksiyasını güc tətbiq etməklə dağıtmaqda günahlandırılırlar.
Məlumata əsasən, həmin gün polis etiraz aksiyasının 165 iştirakçısını saxlayıb, mitinqə qatılan 73 nəfər isə polisin güc tətbiqi nəticəsində aldıqları müxtəlif xəsarətlərlə bağlı tibb müəssisələrinə müraciət ediblər.
Xəbərdə bildirilib ki, mitinq dağıdılan zaman jurnalistlər də xəsarət alıblar.