Ankara bildirir ki, təhsil sektorunda çalışan 27 min 424 nəfərin iş iznini ləğv edib. Bu, 15 iyul uğursuz çevriliş cəhdindən sonrakı təhqiqat çərçivəsində aparılıb.
Təhsil naziri İsmət Yılmaz avqustun 11-də deyib ki, həmin işçilər "paralel strukturun” tərkib hissəsi olublar və "yenidən dövlət, yaxud özəl təhsil sektorunda çalışmalarına icazə verilməyəcək”.
Hökumət məmurları "paralel struktur” deyəndə ilahiyyatçı Fətullah Gülənin dövlət müəssisələrindəki tərəfdarlarının şəbəkəsini nəzərdə tuturlar.
Həmin hadisədə 270-dən çox insan həlak olub.