"Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşündə kürd məsələsi müzakirə olunub". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım bu gün "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında bildirib.