"Türkiyə Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək üçün münaqişə tərəfləri ilə əlaqədədir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiya Federasiyasındakı səfiri Ümit Yardım bu gün "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyə bu münaqişənin həllinə olduqca böyük önəm verir. Biz çalışırıq ki, öz səviyyəmizdə münaqişə tərəfləri ilə dialoq quraq", - deyə türkiyəli diplomat qeyd edib.