Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Hillari Klinton barədə bəyanatına aydınlıq gətirməli olub. Trampın əleyhdarları bunu zorakılığa çağırış kimi dəyərləndiriblər.
O Şimali Karolinada seçiciləri qarşısında çıxış edərkən bildirib ki, Klinton amerikalıların silah gəzdirməsinə icazə verən ikinci düzəlişi konstitusiyadan çıxarmaq istəyir.
Tramp qeyd edib ki, Hillari Klinton prezident kimi Ali Məhkəmənin üzvlərini təyin edə bilər və onda xalq heç nə edə bilməyəcək, amma iknci düzəlişin tərəfdarları onun qarşısını ala bilər.
Trampun bu bəyanatı mənfi reaksiya doğurub və çoxları bunu zorakılığa çağırış kimi qiymətləndirib.
Tramp isə onun dediklərinin mətbuatda düzgün yozulmadığını bildirib və qeyd edib ki, o bununla yalnız silah tərəfdarlarını seçkidə fəallıq göstərməyə çağırıb.
Klinton isə çıxışlarında dəfələrlə bildirib ki, yalnız silah üzərində daha kəskin nəzarət sisteminin tərəfdarıdır.
ABŞ-da növbəti prezident seçkisi noyabrın 8-də küçiriləcək. Prezidentlik uğrunda Donald Tramla demokratların namizədi Hillari Klinton mübarizə aparacaq.