Türkiyə tərəfindən vurulmuş Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Puşkovun ailəsi Türkiyə tərəfindən kompensasiya qəbul etməyəcək.
APA-nın "lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu ölən pilotun qardaşı Pavel Puşkov Türkiyənin Kəmər şəhəri merinin pilotun ailəsinə ev vermək təşəbbüsünə münasibət bildirərkən deyib: "Heç kim onlardan kompensasiya istəməyib. Hətta kompensasiya vermək istəsələr belə, bunu heç kim almayacaq. Bu nəinki təhqiredicidir, hətta dəhşətlidir”.