Çexiya Prezidenti Miloş Zeman ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-da üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün referendumun keçirilməsinə çağırıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu M.Zeman Böyük Britaniyada keçirilmiş referendumun nəticələrini şərh edərkən deyib.
M.Zeman qeyd edib ki, referendum keçirilsə Aİ və NATO-nu tərk etməyin əleyhinə çıxış edər: "Mən Avropa İttifaqını tərk etmək istəyənlərlə razı deyiləm. Amma mən əlimdən gələni edərəm ki, onlar təşkil olunan referendumda öz fikirlərini bildirsinlər".