Bu yaxınlarda İsveçrə hökuməti oğlanlarla qızların birgə oxuduğu məktəbdə oğlanlarla bir yerdə üzmək istəməyən müsəlman mühacir qızlara vətəndaşlıq verməkdən imtina edib. Xəbəri İsveçrə mətbuatına istinad edən "USA Today" qəzeti yayıb.
Xəbərdə deyilir ki, "Adları açıqlanmayan qızlar bildiriblər ki, onların dini inancı onların oğlanlarla eyni zamanda hovuzda icbari üzgüçülük dərsləri almasına mane olur. ...Bazelin rəsmiləri bildiriblər ki, bacılar məktəb proqramına tabe olmadıqlarına görə onların vətəndaşlıq ərizələri rədd edilib."
"USA Today" daha sonra yazır ki, "ABŞ və bir çox başqa ölkələrdən fərqli olaraq İsveçrədə vətəndaşlıq alınması üçün cəmiyyətə inteqrasiya ölkənin tarixi və siyasəti barədə biliklərdən daha vacibdir. Vətəndaşlığa namizədlər öz icmalarına kifayət qədər yaxşı inteqrasiya etdiklərini, yerli adət və ənənələrə hörmətlə yanaşdıqlarını sübut etməlidirlər."