"Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik”. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.
O bildirib ki, V. Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüş barədə qərara gəliblər: "Razılaşdıq ki, ilk addım olaraq turizm sahəsində dərhal qapıları açaq, bu sahədəki addımlarımızı sürətləndirək. Rusiya prezidenti artıq Nazirlər Kabinetinin toplantısını çağırıb və təlimat verib”.
Rusiya prezidenti Vladimir Putin deyib ki, Türkiyə Rusiyadan üzr istəyib, hazırda tərəflər münasibətlərin düzəlməsi üçün addımlar atır.
Rusiyanın xarici ölkələrdəki səfirləri ilə keçirilən görüşdə çıxış edən V. Putin dünən Türkiyə prezidenti ilə aralarında telefon danışığına toxunub: "Ankara Rusiyadan üzr istəyib. İki ölkə arasında münasibətlər yenidən qurulacaq. Yaxın vaxtlarda Moskva ölkələr arasında ikitərəfli əməkdaşlığın bərpa olunması üçün tədbirlər görəcək".
Rusiya Türkiyə ilə turizm əlaqələrinin bərpa edilməsinə hazırdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu isə Rusiya XİN-dən deyiblər.
XİN-dən bildiriblər ki, bunun üçün Ankara rusiyalı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün önəmli adddımlar atmalıdır.