İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib. APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu məlum olub.
Bu arada, Türkiyə kəşfiyyatı 20 gün əvvəl İstanbul hava limana İŞİD tərəfindən hücum ola biləcəyinə dair məlumatları müvafiq orqanlara göndərdiyi də ortaya çıxıb. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən məlumat verir.
Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda bu gün keçirilən əməliyyat zamanı terror hadisəsi əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.