ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək. Trend "Rustavi-2" telekanalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidze bildirib.
Diplomat deyib ki, səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair geniş sayda məsələlər ətrafında müzakirələr aparılacaq: "Tərəflər iqtisadı, təhlükəsizlik, müdafiə, siyasi sahədə əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər".