Ermənistanda "aprel müharibəsi”ndən sonra yüksək çinli məmurların vurulması davam edir.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu dəfə hədəfdə müdafiə naziri Seyran Ohanyan və Baş qərargah rəisi Yuri Xaçaturovun adı çəkilir. Ermənistanın news.am saytı isə xəbər verir ki, S.Ohanyan istefaya göndəriləcəyi barədə yayılan xəbərləri şərh etməkdən imtina edib. Onun bu xəbəri birmənalı təkzib etməməsi, yalnız buna şərh verməkdən imtina etməsi isə şayiələrin kökündə həqiqət payının o9lduğunu düşünməyə əsas verir.