İyunun 23-də tarixi referendumla Avropa Birliyindən çıxan Böyük Britaniyanın baş nazir Devid Kemeron da ölkənin yeni liderə ehtiyacı olduğunu deyib, istefa verdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, 2005-dən bəri Mühafizəkar Partiyanın lideri olan və bu müddət ərzində iki seçkidə qələbə qazanan Kemeronun bəyanatından sonra Britaniyada yeni baş nazirin kim olacağı ətrafında müzakirələr başlayıb. Onun yerinə ən real namizəd kimi Londonun keçmiş bələdiyyə sədri Boris Conson göstərilir.
Ötən seçkilərdə partiyasını tək başına iqtidara daşımağı bacaran Kameron, özü AB-də qalmaq tərəfdarı olsa da, partiyasını və kabinet üzvlərini referandum mövzusunda sərbəst buraxmışdı. Bunun nəticəsində ədliyyə naziri Mixael Qove və Londonun keçmiş bələdiyyə sədri Consonun rəhbərlik etdiyi bir çox Mühafizəkar partiyalı siyasətçi AB-dən ayrılmağın tərəfdarı olan qrupda yer almışdı.
Gove Kameronun ilk uşağının xaç atasıdır. Təxminən 40 illik dostluqları olan Conson isə onun uzun illərdir yol yoldaşı idi.
Ancaq referendum kampaniyasında Kamerona ən böyük zərbəni Qove və Consonun vurduğu deyilir. Kampaniya zamanı sabiq bələdiyyə sədri baş nazirə qarşı bütün gücünü ortaya qoyduğu bildirilir.
Referendum müddətində "AB-dən ayrılmaq" kampaniyasının ən böyük dəstəkçilərindən biri kimi önə çıxan Consonun, Kameronun yerinə keçərək baş nazir və Mühafizəkar Partiyanın liderliyi vəzifələrini üzərinə götürə biləcək namizədlər arasında ilk sırada yer alır.